Ru
17:03 / 12 İyun 2026

Əhməd Şaraa üçün “Hizbullah” sınağı: Suriya üçün yeni plan

Əhməd Şaraa üçün “Hizbullah” sınağı: Suriya üçün yeni plan
Eye

ABŞ və İsrail Suriyanı da Livandaki konfliktə, daha dəqiqi “Hizbullah”la mübarizəyə cəlb etmək istəyir.

Bakupost.az xəbər verir ki, Suriya Prezidenti Əhməd Şaraa iyunun sonlarında həmkarı Donald Trampla görüşmək üçün ABŞ-yə səfər edəcək.

Qeyd edilir ki, bu dəvət Trampın Suriyanın Livandakı “Hizbullah” Hərəkatına qarşı əməliyyatlarda iştiraka hazır olduğunu bildirməsi ilə bağlı son mesajlarından sonra gəlib.

Bu açıqlama onu göstərir ki, Vaşinqton Dəməşqə onun da “Hizbullah”la mübarizəyə töhfə verməsi üçün təzyiq edir.

Siyasi şərhçi Turab Rzayev Bakupost.az-a bildirib ki, rəsmi Dəməşq bu oyuna getməyəcək:

“Suriya faktiki olaraq Yaxın Şərqdə ən güclü hərbləşdirilmiş dövlətlərdən biri sayılır. Bu mənada hazırkı Suriya hökumətinin də “Hizbullah”a qarşı mübarizədə kifayət qədər üstünlük əldə etmək imkanları var”.

Amma ekspertin fikrincə, məsələ ondadır ki, belə bir yol seçməsi Əhməd Şaraa hökumətini ölkə daxilində hakimiyyətin legitimliyi və ideoloji bütövlüklə bağlı çətin suallarla üz-üzə qoyacaq:

“Görünən odur ki, indiki zamanda, rəsmi Dəməşqin “Hizbullah”la müharibəyə girişməsini Suriya əhalisinə izah etmək çətin olacaq. Türkiyə də buna etiraz edə bilər. Çünki, bu əslində Dəməşqin İsrail tərəfindən müharibəyə qoşulması kimi görünəcək. Ona görə düşünürəm ki, Suriyanın döyüş təcrübəsi olsa da, “Hizbullah” qarşı əməliyyatlara qoşulması Əhməd Şaraa hökumətinin sonunu gətirə biləcək bir hadisə ola bilər. Bu səbəbdən rəsmi Dəməşq həmin addıma getməkdən qaçmağa çalışacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar