Ru
19:19 / 06 Oktyabr 2026

Əhməd Yusifov prezidentlə görüşündən yazdı: Qürurdur!

Əhməd Yusifov prezidentlə görüşündən yazdı: Qürurdur!
Eye

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifov ötən gün Prezident İlham Əliyevlə görüşü barədə paylaşım edib.

“Bakupost” xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb.

“Cənab Prezident, məni qəbul etdiyiniz, dünya çempionluğum münasibətilə təbrik etdiyiniz və dəyərli sözlərinizlə mənə əlavə ruh verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.

Doğma Bakıda, öz azarkeşlərimizin qarşısında Azərbaycanın bayrağını yüksəltmək və dünya çempionu olmaq mənim üçün böyük qürurdur. Bu uğur həm də ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və dəstəyin nəticəsidir.

Etimadınızı doğrultmaq, qarşıdakı yarışlarda da Azərbaycanı layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Diqqətiniz və dəstəyiniz üçün bir daha təşəkkür edirəm, cənab Prezident!”

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar