Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyir ki, süd və ət məhsullarının idxaldan asılılıq azaldılacaq, 2030-cu ilədək süd istehsalının 10%, mal əti istehsalının 20%, qoyun əti istehsalının 9 artırılması nəzərdə tutulur. Çox gözəl arzular, istəklərdir, amma sullar yaranır.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“1. Bu hədəflərə necə nail olmaq üçün yol xəritəsi, tədbirlər ardıcıllığı nədən ibarətdir?
2. Rəsmi statistikaya əsasən, son 5 ildə (2021–2026-cı illər ərzində) Azərbaycanda iribuynuzlu mal-qaranın sayı hər il azalıb, ümumilikdə 215,2 min baş (yaxud təxminən 8,1%) azalma qeydə alınıb. 2021-ci ilin əvvəlində ölkədə 2 milyon 650,7 min baş iribuynuzlu heyvan olduğu halda, 2026-cı ilin əvvəlinə bu göstərici 2 milyon 435,5 min başa düşüb – bunun səbəbləri araşdırılıbmı?
3. Rəsmi statiskiya görə, son 5 ildə (2021–2026-cı illər ərzində) Azərbaycanda xırdabuynuzlu heyvanların (qoyun və keçi) sayı 1 milyon 399,1 min baş (yaxud təxminən 17,1%) azalıb. 2021-ci ilin əvvəlində ölkədə 8 milyon 156,9 min baş qoyun və keçi olduğu halda, 2026-cı ilin yanvarın 1-i vəziyyətinə bu göstərici 6 milyon 757,8 min başa qədər geriləyib – yaxşı, 5 ildə 17%-dən çox azalma olubsa, kim zamənət verir ki, növbəti 5 ildə qoyun-quzu əti istehsalı 9% artacaq? Niyə artsın ki, son 5 ildə azalma trendi varsa, bu trend nə səbəbə dəyişəcək?
4. Son 5 ildə diri iribuynuzlu heyvan idxalı miqdar baxımından təxminən 3 dəfə artıb – tam 3 dəfə! Say etibarı ilə son 5 ildə 225 min iribuynuzlu mal-qara ölkəyə idxal edilib. Yaxşı, indi nə addımlar olacaq ki, idxaldan asılılıq azalacaq?
5. Son 5 ildə diri qoyun və keçi idxalı 1,6 dəfədən çox (təxminən 160%) artıb – say etibarı ilə son 5 ildə ölkəmizə 931 min diri qoyun-keçi idxal edilib. Xub, bəs indi hökumət nə edəcək ki, idxal azalacaq?!
Hökumətin icra qolu problemləri etiraf edirsə, bu yaxşıdır, amma onların işi problemləri həll etmək, əvvəlki səhvləri təhlil edərək, yeni addımlar təklif etməkdir - ən azından, elə olmalıdır...” - ekspert vurğulayıb.
Asena,
BakuPost
Cənab Ekspert Nazir müavinindən nə gözləyir? Nemətin, elə Kremlin önündə *otuzdurub-qaldırdığı* meydan və tam asılı AzSSRin gələcək liderləri Kremlin dünyəvi inteqrasion tərəqqisindən uzaq-primitiv: daha çox neft satıb, əvəzinə *milyonçu*lar ölkəsi olmaq xəyalında da qalmış görünürük? İstismarını da beynəlxalq konsora verməklə? Ölkıə daxili və dünnyəvi texnoloji tərəqqiyə o qədər önəm *vermişik* ki, uzaq liderlər belə *iqtisadiyyatı* (yəni konkret sahələri) şaxələndirin tövsiyələri məcburiyyətində olublar? Sizcə, *Milli* Məclisin Maliyyə Kapital və səlahiyyətlərini bircə Aparata verməsi və sanki, ondan qeyri-heç bir təşkilatın sanki, azad-sərbəst çalışmadığı TVlərdən belə aydın müşahidə olunmurmu? 1ci Kənd naziri ingilislərin də kababını sevdiklər quzu qucağında şəkli verilmişdi? Misal üçün dövlət Qarabağın işğalına adekvat həmin sahənin bərpa və yüksəlməsinə nə qədər sərmayə buraxıb? Eləcə də, komkret hansı məhsul-istehsal sahələrinə qəti və misal üçün dövlət 400 milyard 20 sayə yönəldib, ixtisaslı Nəzirlər Kabineti hər sahəyə 20 mlrd yönəldib, əlavə 5-10 mlrdlıq məhsulla büdcəni də 20 ilə iki qat yüksəldib? Sərmayələr əski, ya yenidən qurulma sahələrə konkret məhsul və sorğu-tələbat bazarına yönəldilibmi, yoxsa? Hərbi əsarət illərini müstəqil rəzalətdə keçirmiş ölkəmiz nəhayət ki, Zəfər azadlığından sonra gündəlik çörək-ərzaq ehtiyacı-asılılığının azı dörd il də davamını təsdiqləyib? Necə deyiblər-*Tək əldən səs çıxmaz?* Azacıq da olsa, milyarlar məbləğində yeni məhsullarla yanaşı yüksək səmərəsiz, rentabelsiz yönəltmələr bir neçə yox, bir çox sahələrdə müşahidə olunmaqda deyilmi?
SSRİni Özünün Prezidenti başda (bizlərin hələ də adlarını təkərləyə cürət belə emədiyimiz) dünyəvi texniki-inteqrassion proqress islahatçıları özləri buraxanda Azərbaycan (Nemətin elə Kremlin önündəcə *otuzdurub-durğuzduğu* meydan və tahakimiyyəti də perspekt