Ru
21:20 / 03 Sentyabr 2026

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini  açıqladı
Eye

Tanınmış tele-aparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb.

“Bakupost” xəbər verir ki, aparıcının “Şadlıq olsun” adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq.

Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağını qeyd edib.

“Sentyabrın 7-si saat 15:00-dan bütün sosial platformalarda ilk buraxılışımızla xidmətinizdəyik. Xeyir-dualarınıza ehtiyacımız var, dostlar”, – deyə o bildirib.

Qeyd edək ki, "Şadlıq olsun" proqramı "Youtube” platformasında təqdim ediləcək.

Xatırladaq ki, ötən mövsüm onun aparıcılıq etdiyi “Elgizlə izlə” verilişinin yayımı dayandırılıb.

Yasəmən, Bakupost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar