Ru
12:44 / 03 İyun 2026

Əli Əhmədovun oğlu baş həkim təyin edildi

Əli Əhmədovun oğlu baş həkim təyin edildi
Eye

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.

Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər.

Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.

Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.

F.Əhmədov 2013-cü ildən 2023-cü ilə qədər etibarən Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında baş laborant, assistent vəzifəsində fəaliyyət göstərib.

O, 2014-cü ildən indiyədək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar