Ru
21:15 / 15 Oktyabr 2025

Əli Kərimli foto yaydı, kollaj imiş - həmkarı rüsvay etdi

Əli Kərimli foto yaydı, kollaj imiş - həmkarı rüsvay etdi
Eye

Bu gün (dünən - red.) Praqada, Forum-2000 tədbirində Əli Kərimlinin (AXCP sədri) cəmi 5 dəqiqəlik video-çıxışı oldu, yəni, video öncədən göndərilmişdi, "Gücsüzlərin gücü" adlı 35-40 nəfərin iştirak etdiyi, aktivistlərin öz şəxsi faciə hekayələrini danışdıqları kiçik bir paneldə çıxışı yayıldı.

Bakupost.az xəbər verir ki, bu sözləri sözügedən tədbirdə iştirak edən ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.

“İndi gördüm ki, hörmətli Əli bəy bu haqda foto-kollajla post yayıb. Fotolar vizual manipulyasiyadir. Kərimlinin çıxışında nə Çexiyanın indiki, nə də Gürcüstanın keçmiş prezidenti var idi - onlar dünən, açılışda çıxış etdilər.

Bu gün (dünən - red.) uyğur, afrikalı, koreyalı və ukraynalı aktivistlərin faciəvi ömür hekayələri səsləndi, sonda Əli bəyin 5 dəqiqəlik videosu yayıldı. İnsafən, pis danışmadı, ölkəmizdə bilinən problemlərdən, siyasi məhbuslardan, bir də sürücüsünün və qohumlarının təqib olunmasından söz açdı.

Mən zalda idim, mənim şəklimi paylaşmayıb, amma dünənki tədbirdən fotolar qoyaraq, insanları çaşdırır.

İlk foto Kərimlinin yaydığı postdur, sonra mənim çəkdiyim, həmin tədbirdə çıxış edənlərin, səhnənin fotosudur, özünüz fikir verin ki, nə həddə manipulyasiya edilib”, - siyasətçi bildirib.

Sözügedən fotoları təqdim edirik:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar