Ru
19:27 / 03 Sentyabr 2026

Məhkəmə Əli Vəliyevə cəza verdi

Məhkəmə Əli Vəliyevə  cəza verdi
Eye

Bakı şəhəri Xətai Rayon Məhkəməsində Əli Vəliyev barəsində məhkəmə prosesi başa çatıb.


Bu barədə "Bakupost"a Vəkil Səbinə Əliyeva məlumat verib.

O bildirib ki, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Əli Vəliyevin Quliyeva Aynur Camal qızını təhqir etdiyi və ona böhtan atdığı sübuta yetirilib.

Məhkəmənin hökmü ilə Ə. Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilinib. O, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Bundan əlavə, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

***
Manşet.az sayrının rəhbəri Əli Vəliyev məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini deyib:

“Xətai Rayon Məhkəməsinin barəmdə çıxardığı hökmlə razı deyiləm. Hesab edirəm ki, iş üzrə irəli sürdüyüm arqumentlərə və təqdim olunan hallara lazımi hüquqi qiymət verilməyib.

Məhkəmənin hökmü yekun hüquqi nəticə deyil. Azərbaycan qanunvericiliyinin mənə verdiyi hüquqlardan istifadə edərək bu hökmdən apellyasiya şikayəti verəcəm. Zərurət yaranacağı təqdirdə hüquqlarımın müdafiəsini kassasiya instansiyasında da davam etdirəcəm.

İnanıram ki, növbəti məhkəmə instansiyalarında işin bütün halları daha ətraflı və obyektiv araşdırılacaq, irəli sürdüyüm arqumentlərə müvafiq hüquqi qiymət veriləcək”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar