Ru
01:16 / 10 İyul 2026

Əli Xamenei dəfn edildi

Əli Xamenei dəfn edildi
Eye

İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatıb.


"Bakupost" TASS-a istinadən xəbər verir ki, onun cənazəsi İmam Rza məqbərəsində - iki il əvvəl helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin dəfn olunduğu yerdə torpağa tapşırılıb.

Xamenei ilə vidalaşmaq istəyənlərin çoxluğu səbəbindən matəm yürüşünün təşkilatçıları məqbərəyə gedən marşrutu dəyişmək məcburiyyətində qalıblar. Liderin cənazəsini daşıyan dəfn karvanı məqbərəyə qədər hərəkət edə bilmədiyi üçün helikopterdən istifadə edilib.

Türbə ərazisində yüzminlərlə zəvvarın iştirakı ilə Xamenei və onunla birgə həlak olan ailə üzvləri üçün namaz qılınıb. Daha sonra jurnalistlərin buraxılmadığı rəsmi dəfn mərasimi keçirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vidalaşma mərasimi iyulun 3-də Tehranda başlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar