Ru
17:45 / 24 Sentyabr 2026

Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili layihəsi uğurla başa çatıb - FOTO

Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili layihəsi uğurla başa çatıb - FOTO
Eye

“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilib və layihə yekunlaşıb.

Layihənin əsas məqsədi əlilliyi olan şəxslərə gündəlik qayğı göstərən baxıcıların bilik və bacarıqlarının artırılması, onların qayğı prosesində daha düzgün və effektiv yanaşmalardan istifadə etməsinə dəstək göstərilməsi, həmçinin əlilliyi olan şəxslərin ehtiyaclarının daha yaxşı anlaşılmasına və onların həyat keyfiyyətinin yüksəldilməsinə töhfə vermək olub.

Layihə çərçivəsində ümumilikdə 6 təlim təşkil edilib. Təlimlər zamanı iştirakçılara əlilliyi olan şəxslərə qayğının düzgün təşkili, gündəlik həyatda qarşılaşa biləcək müxtəlif situasiyalara yanaşma, düzgün ünsiyyət və davranış, baxıcıların məsuliyyətləri, əlilliyi olan şəxslərin hüquqları və onların ehtiyaclarının nəzərə alınması kimi istiqamətlərdə məlumat və praktiki tövsiyələr verilib.

Təlimlər zamanı nəzəri məlumatlarla yanaşı, iştirakçıların real həyatda qarşılaşdıqları vəziyyətlər müzakirə olunub, onların sualları cavablandırılıb və təcrübə mübadiləsi aparılıb. Bu yanaşma iştirakçıların əldə etdikləri bilikləri gündəlik fəaliyyətlərində tətbiq etmələrinə imkan yaradıb.

Layihə çərçivəsində keçirilən təlimlərdə müxtəlif mərhələlər üzrə iştirakçılar fəal iştirak edib. Təlimlər əvvəlki mərhələlərdə olduğu kimi layihənin təlimçiləri tərəfindən keçirilib və iştirakçıların maarifləndirilməsi ilə yanaşı, onların praktiki bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.

Layihənin sonunda bütün təlim mərhələlərini tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin həyata keçirilməsi nəticəsində iştirakçıların əlilliyi olan şəxslərlə düzgün ünsiyyət qurmaq, onların gündəlik ehtiyaclarını daha yaxşı müəyyənləşdirmək və qayğı prosesində daha düzgün yanaşmalardan istifadə etmək istiqamətində bilik və bacarıqlarının artırılmasına şərait yaradılıb.

Layihənin həyata keçirilməsində göstərdikləri əməkdaşlığa görə İnsun Yaşam Mərkəzinə, “Güvən Dayə” MMC-yə, təlimçilərə və bütün iştirakçılara təşəkkürümüzü bildiririk.

“Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsi əlilliyi olan şəxslərə qayğı göstərən insanların maarifləndirilməsi və onların potensialının gücləndirilməsi istiqamətində mühüm bir addım olmaqla yanaşı, daha inklüziv və qayğıkeş cəmiyyətin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub.

Layihə yekunlaşsa da, əldə olunan bilik və təcrübələrin gündəlik həyatda tətbiqi və yayılması davam edəcək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar