Ru
18:48 / 05 Avqust 2026

“Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsinin ilk təlimi uğurla keçirilib - FOTO

“Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsinin ilk təlimi uğurla keçirilib - FOTO
Eye

“GÜLSAM” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsi çərçivəsində ilk təlimini uğurla başa çatdırıb.

"Bakupost" xəbər verir ki, 17 nəfərin qatıldığı təlimin əsas məqsədi əlilliyi olan şəxslərə qulluq göstərən baxıcıların bilik və bacarıqlarının artırılması, onların gündəlik qayğı prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dəstək olmaq, eləcə də müasir yanaşmalar və praktik üsullar barədə məlumatlandırmaqdır.

Təlim zamanı iştirakçılara əlilliyi olan şəxslərlə düzgün ünsiyyətin qurulması, gündəlik qayğı və dəstək metodları, psixoloji yanaşmalar, baxıcıların emosional sağlamlığının qorunması və digər mühüm mövzularla bağlı ətraflı məlumat verilb, interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

“GÜLSAM” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirir və layihə çərçivəsində növbəti təlimlərin də keçirilməsini planlaşdırır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar