Ru
17:18 / 31 Avqust 2026

Əliyev-Paşinyan görüşü: Sülh sazişi nə vaxt imzalanacaq? – Deputatdan AÇIQLAMA

Əliyev-Paşinyan görüşü: Sülh sazişi nə vaxt imzalanacaq? – Deputatdan AÇIQLAMA
Eye

Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Bakupost”a bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında bir neçə istiqamət üzrə aktual gündəm mövcuddur:


“Bunlardan biri TRIPP marşrutu – Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. Digəri sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Üçüncü məsələ isə Ermənistanın Azərbaycan üzərindən yük əldə etməsi və ölkəmizlə ticarət əlaqələri qurmasıdır”.

Deputatın sözlərinə görə, bu məsələlərin hər üçü daha mühüm bir prosesdən – Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasından asılıdır:

“Bu, Bakı ilə İrəvan arasında 2025-ci il avqustun 8-də ABŞ-də paraflanmış sülhün təsis edilməsi haqqında sənədin imzalanması məsələsidir”.

H.Babaoğlu hesab edir ki, sülh sənədi yaxın müddətdə imzalanmasa, hazırda gündəmdə olan digər məsələlər də qısa müddətdə aktuallığını itirə bilər:

“Ona görə də Bişkekdə keçirilən görüş artıq icrası istiqamətində addımlar atılmış məsələlərin daha dinamik həyata keçirilməsi, ilk növbədə isə sülh sənədinin nə vaxt və necə imzalanacağının müzakirəsi baxımından olduqca əhəmiyyətli idi. Bunun da, heç şübhəsiz, hər kəsə aydın olan şərtləri var. Bu, Azərbaycanın əsas rəsmi mövqeyi olub. İrəvan referendumun keçirilməsi tarixini rəsmi şəkildə açıqlamalıdır ki, belə görüşlər davam etdirilsin”.

Rüfət Sultan
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar