Ru
14:11 / 27 Avqust 2025

Əliyev və Putin Şanxayda görüşəcək? - Peskovdan açıqlama

Əliyev və Putin Şanxayda görüşəcək? - Peskovdan açıqlama
Eye

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tyançzin şəhərində keçiriləcək sammiti çərçivəsində prezident Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün mümkünlüyü ilə bağlı suala cavab verib.

Bakupost.az xəbər verir ki, Peskov mümkün bütün görüşlərin planlaşdırıldığını deyib.

“Hazırda biz ikitərəfli görüşlərin qrafikini hazırlayırıq. Bu görüşləri Çindəki tərəfdaşlarımız tərəfindən təşkil ediləcək ümumi tədbirlər planına daxil etmək lazımdır. Bu plan yekunlaşdıqdan sonra sizi məlumatlandıracağıq”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar