Ru
11:11 / 02 Sentyabr 2025

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi - FOTO

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi - FOTO
Eye

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib.

Bakupost.az xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb.

Bildirilib ki, rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə həvalə olunub.

Yeni sektorların yaradılması media subyektləri, qurum və tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə, nazirliyin rəqəmsal media platformalarında fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir. Bununla yanaşı, bu addım nazirliyin ümumi fəaliyyəti barədə ictimaiyyətin düzgün və operativ məlumatlandırılması, tabe qurumların media fəaliyyətinin əlaqələndirilməsi, eləcə də rəqəmsal media strategiyaları vasitəsilə həm informasiya mübadiləsinin, həm də ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsini hədəfləyir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar