Ru
13:41 / 27 Mart 2026

Elnarə Abdullayeva həmkarlarını ifşa etdi: Yalan danışır!

Elnarə Abdullayeva həmkarlarını ifşa etdi:  Yalan danışır!
Eye

Əməkdar artist, xanəndə Elnarə Abdullayeva açıqlaması ilə yenidən gündəmə gəlib.

Bakupost.az Musavat.com-a istinadən bildirir ki, sənətçi “həyatımı sənətimə qurban vermişəm” deyən həmkarlarını sərt tənqid edib. O, “Öz aramızda” verilişində bu barədə fikirlərini açıq şəkildə ifadə edib:

“Bəziləri deyir ki, həyatımı sənətimə qurban vermişəm. Bunu deyənlər tamamilə yalan danışır. Boş-boş danışırlar. Nəyə görə insan həyatını, mənəviyyatını, şəxsiyyətini qurban versin? Əgər belə bir qurban varsa, bu, sənin öz daxili aləmindən gələn bir seçimdir. Sənəti bəhanə etmə. Mən bu sənətə gəlmişəm və heç nəyimi qurban verməmişəm. Həyat və sənət paralel gedir. Ona görə də yalan danışmasınlar”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar