Ru
09:49 / 22 İyul 2026

Elnarə Abdullayevaya ağır itki

Elnarə Abdullayevaya  ağır itki
Eye

Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın ailəsinə ağır itki üz verib.

"Bakupost" xəbər verir ki, sənətçinin qardaşı Yaqub vəfat edib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında paylaşım edərək kədərini izləyiciləri ilə bölüşüb.

"Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.

Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Sənin gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, kaş ki, səni bir dəfə də olsun qucaqlaya, səsini bir dəfə də eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik.

Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar