Ru
13:45 / 24 İyun 2026

Elon Mask məhərrəmliyə qarşı: Paylaşımı rezonans doğurdu

Elon Mask məhərrəmliyə qarşı: Paylaşımı rezonans doğurdu
Eye

Məhərrəm ayı münasibətilə Böyük Britaniyanın Mançester şəhərində keçirilən matəm yürüşü sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, minlərlə insanın iştirak etdiyi tədbirdə Kərbəla şəhidləri, xüsusilə İmam Hüseyn və onun silahdaşları yad edilib. Yürüş iştirakçıları qara geyimlərdə şəhər mərkəzinə toplaşaraq dini mərasimlər keçirib, sinələrinə vuraraq matəm saxlayıblar. Tədbirdə ailələrin və müxtəlif yaş qruplarından olan insanların iştirakı diqqət çəkib.

Müzakirələrin əsas mövzusu isə Elon Maskın X sosial şəbəkəsində etdiyi paylaşım olub. E.Mask irqçi paylaşımları ilə tanınan bir hesabın Mançesterdəki görüntülərlə bağlı paylaşımını yenidən paylaşdıqdan sonra çoxsaylı istifadəçilərin tənqidi ilə üzləşib. Sosial şəbəkə istifadəçiləri görüntülərin əsrlərdir davam edən dini anım mərasiminə aid olduğunu xatırladaraq, hadisələrin kontekstdən çıxarılmasının yanlış təsəvvür yarada biləcəyini bildiriblər. Paylaşım qısa müddətdə geniş rezonans doğurub və müxtəlif reaksiyalara səbəb olub.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar