Ru
12:42 / 22 İyun 2026

Elon Musk tarix yazdı: “SpaceX” rekord artımla trilyonluq şirkət oldu

Elon Musk tarix yazdı: “SpaceX” rekord artımla trilyonluq şirkət oldu
Eye

Elon Maskın qurduğu “SpaceX” şirkəti birja çıxışından sonra sürətli yüksəliş nümayiş etdirib. Şirkətin səhmləri ilk həftədə 37 faiz artıb.

Bakupost.az xəbər verir ki, 12 iyun 2026-cı ildə keçirilən IPO-dan sonra şirkətə maraq kəskin şəkildə yüksəlib. Qısa müddətdə “SpaceX”in bazar dəyəri 2.4 trilyon dolları keçərək bəzi texnologiya nəhənglərini geridə qoyub.

Bu artım bir çox erkən investor və şirkət rəhbərini milyarderə çevirib. Elon Maskın şirkətdəki payının dəyəri isə 1 trilyon dolları ötüb. Bununla o, tarixdə ilk dollar trilyoneri olub.

Şirkətin rəhbərlərindən Gwynne Shotwell və həmtəsisçi Luke Nosek də milyarderlər siyahısına daxil olub. Eyni zamanda, böyük investorlardan biri olan “Valor Equity Partners”in payı da kəskin artıb.

“SpaceX”in minlərlə əməkdaşı və yeni investorları da bu artımdan qazanc əldə edib. Buna baxmayaraq, Elon Mask şirkətdə səsvermə gücünün 80 faizdən çoxunu əlində saxlayır.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar