Ru
18:36 / 28 İyul 2026

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirilib? - VİDEO

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirilib? -  VİDEO
Eye

Son günlər tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılıb.

"Bakupost" xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Baku TV-nin əməkdaşı həmin xəstəxanaya baş çəkib.

Tibb müəssisəsindən bildirilib ki, sosial şəbəkələrdə və bəzi informasiya resurslarında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Baku TV-nin sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən isə qeyd edilib ki, Azərbaycan qanunvericiliyinə əsasən şəxsin psixi sağlamlığı, eləcə də psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və dövlət tərəfindən qorunur.

Qurumun açıqlamasında vurğulanıb ki, hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz.

Bu cür məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin razılığı ilə və ya səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər.

Beləliklə, Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliyi qanunvericiliyin tələblərini əsas gətirərək Elşad Xose ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar