Ru
18:47 / 11 Oktyabr 2025

Əlverişsiz HAVA: DYP sürücülərə xəbərdarlıq etdi - Yollarda qəza riski...

Əlverişsiz HAVA: DYP sürücülərə xəbərdarlıq etdi - Yollarda qəza riski...
Eye

Hazırda ölkə ərazisində küləklə müşahidə olunan əlverişsiz hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

"Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Bununla yanaşı, küləkli, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, bu tip nəqliyyat vasitələrinin sürücülərindən xüsusilə ehtiyatlı olmağı xahiş edirik", - müraciətdə qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar