Ru
20:46 / 25 Avqust 2026

Elxan Mütəllimova yüksək vəzifə verildi

Elxan Mütəllimova yüksək vəzifə verildi
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.


"Bakupost" xəbər verir ki, Elxan Elman oğlu Mütəllimov Agentliyin Satınalmalar və təminat departamentinin müdiri vəzifəsinə təyin edilib.

E. Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində "Menecment" ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə "Maliyyə bazarları" ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayıb. E. Mütəllimov 2018–2022-ci illərdə özəl sektorda, 2022–2023-cü illərdə DOST Agentliyində, 2023–2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar