Ru
19:20 / 22 İyul 2026

Elzar Ağayev yüksək vəzifəyə təyin olundu

Elzar Ağayev yüksək vəzifəyə təyin olundu
Eye

Elzar Ağayev Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib.

"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, Agentliyin sədri Hasil Abbasov tərəfindən kollektivə təqdim edilib.

Qeyd edək ki, Elzar Ağayev jurnalistika sahəsində 23 ildən artıq təcrübəyə sahibdir. O, 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin, əsasən də “AzTV”nin Yaxın Şərq, Ərəb ölkələri, Rusiya Federasiyası və bir sıra Avropa ölkərində nümayəndəsi kimi fəaliyyət göstərib.

Elzar Ağayev son illərdə Belçikanın Brüssel şəhərində “AzTV”nin Avropa bürosunun rəhbəri vəzifəsində çalışıb.


İngilis, rus, fransız və ərəb dillərini bilir.

Ailəlidir. 3 qız övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar