Əməkdar artist Dilarə Əliyeva arıqlaması ilə gündəmə gəlib.
"Bakupost" xəbər verir ki, aktrisa instaqram hesabında tərəzi görüntüsünü paylaşaraq, artıq 24 kiloqram çəki itirdiyini bildirib. D.Əliyeva sağlam qidalanma ilə bu çəkiyə düşdüyünü bildirib.
"24 kq çəki atıb, ağırlığın daşını atıb, elə yüngül və rahat olmuşam ki" deyə, aktrisa əlavə edib.
D.Əliyeva hazırda çəkisinin 59 kiloqram olduğunu bildirib.
Qeyd edək ki, Dilarə Əliyeva daha əvvəl sağlam qidalanma, həkim nəzarəti və həyat tərzində etdiyi dəyişikliklər sayəsində arıqladığını açıqlamışdı.