“Çətin dönəmlərimdə həmkarlarım, dostlarım, rəfiqə bildiklərim sirlərimi açdılar, hətta saytlara yazdırdılar. Halım pis olanda mən onların heç birini yanımda görmədim. Və dedim ki, hə, mən illəri boşa vermişəm”.
Bakupost.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova “Öz aramızda” verilişində səsləndirib.
“Mən həddindən artıq fədakaram. Amma bunun qarşısında o şeyləri görəndə özümə “stop” deməyi bacarıram. Nə olur-olsun.
Sən onlardan bir az irəli gedən kimi artıq nə danışıqlarını bilirlər, nə dedikləri sözü qəbul edirlər. Bəlkə elə olacaq ki, sən gəlib məni də keçəcəksən, hər şey Allahın əlindədir. Amma mən səndən bir addım irəlidəyəmsə, mən hansısa bir fikir söyləyirəmsə, demək bu mənim ixtiyarımdır”, - deyə o qeyd edib.
Yasəmən,
BakuPost