Ru
13:01 / 07 İyul 2026

Əməkdar artist toy qiymətlərindən gileyləndi: "Dəliyəm, hər gün 3500 manata..." - VİDEO

Əməkdar artist toy qiymətlərindən gileyləndi: "Dəliyəm, hər gün 3500 manata..."  - VİDEO
Eye

Əməkdar artist Zaur Əmiraslanov açıqlaması ilə diqqət çəkib. Sənətçi toy məclislərində aşağı qiymətə çıxış edən bəzi müğənniləri tənqid edərək bu yanaşmanın sənətə zərər verdiyini bildirib.

"Bakupost" xəbər verir ki, o, qeyd edib ki, tanınmış ifaçılardan bəziləri böyük musiqi heyəti ilə birlikdə 3500 manata toy idarə edir və demək olar ki, hər gün səhnəyə çıxırlar.

Əmiraslanov vurğulayıb ki, istəsə özü də həmin qiymətə hər gün toy məclislərində iştirak edə bilər. Lakin bunun səsinə və sənətinə mənfi təsir göstərəcəyini düşündüyü üçün belə addım atmadığını deyib.

Əməkdar artist bəzi ifaçıların əsas məqsədinin sənətdən çox yüksək qazanc əldə etmək olduğunu da iddia edib. Onun sözlərinə görə, həmin müğənnilər səs və sənət keyfiyyətini qorumaq əvəzinə daha çox biznes qurmaq və maddi imkanlarını artırmağı hədəfləyirlər:

"Tanınmış müğənni böyük bir musiqi heyəti ilə 3500 manata toyu idarə edir. Hər gün toydadır. Mən də istəsəm, o qiymətə hər gün toyda olaram. Dəliyəm belə edəm? Ancaq səsimə heyfim gəlir. O müğənninin heyfi gələcək bir şeyi yoxdur. Bilir ki, nəyi var korlanası... Hansı sənəti, hansı səsi korlanacaq? Sadəcə, hədəf qoyub ki, ayda bu qədər qazansın, biznesi olsun, mülkləri olsun".

Zaur Əmiraslanovun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında onun mövqeyini dəstəkləyənlərlə yanaşı, fərqli fikirlər səsləndirənlər də az olmayıb.(Milli.Az)


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar