Əməkdar artist Züleyxa Hacıyeva ilə bu gün saat 12:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
"Bakupost" xəbər verir ki, Züleyxa Hacıyeva ötən gün axşam saatlarında 103 yaşında vəfat edib.
Qeyd edək ki, Züleyxa Hacıyeva XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. O, idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına layiq görülüb.
Əməkdar artist 1942-1992-ci illərdə Azərbaycan Radiosunda bir çox verilişlərin - “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s. aparıcısı olub.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.