Ru
17:09 / 16 İyul 2026

Əməkdar jurnalist komaya düşdü

Əməkdar jurnalist komaya düşdü
Eye

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) hazırda koma vəziyyətindədir.

"Bakupost" xəbər verir ki, bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial media hesabında məlumat yayıb.

O bildirib ki, T.Qasımova hazırda həyatının ən ağır mübarizəsini aparır və vəziyyəti kritik olaraq qalır.

Nurani uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyi barədə demək olar ki, heç kimə məlumat verməyib.

Səhhəti kəskin pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib və hazırda həkimlərin nəzarəti altındadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar