Ru
12:25 / 21 Mart 2026

Əməliyyat keçirən Murad Dadaşovdan yeni PAYLAŞIM

Əməliyyat keçirən Murad Dadaşovdan yeni PAYLAŞIM
Eye

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov sosial media hesabında yeni paylaşım edib.

Bakupost.az xəbər verir ki, o, Azərbaycan xalqını Novruz və Ramazan bayramları münasibətilə təbrik edib.

“Milli adət-ənənələrimiz bizi doğma Vətənimizə və köklərimizə qırılmaz tellərlə bağlayan ən dəyərli mənəvi sərvətimizdir.

Bu il mart ayının 20-si təqvimdə ikiqat əlamətdar tarix kimi yer alır. Milli dəyərimiz olan Novruz ilə müqəddəs Ramazan bayramının eyni günlərdə qeyd olunması təbiətin oyanışı ilə ruhumuzun saflaşmasının mənəvi vəhdətini təcəssüm etdirir. Bu xoş təsadüf birliyimizi daha da möhkəmləndirir, qəlblərimizə sonsuz sevinc bəxş edir.

Hər birinizə uzun ömür, möhkəm can sağlığı, bahar əhval-ruhiyyəsi, xoşbəxtlik arzu edirəm. Dualarınız qəbul, süfrəniz həmişə bərəkətli olsun! Bayramlarınız mübarək!”. (Yenisabah.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar