Məşhur biznesmen və musiqiçi Emin Ağalarov Azərbaycanda tətbiq etdiyi otel tikintisi təcrübəsini Dağıstanın Xəzər sahilindəki layihələrə də tətbiq etmək qərarına gəlib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov şirkətin Dağıstanda otel tikməkdə maraqlı olduğunu bildirib. Bununla yanaşı o, layihənin konkret detallarını açıqlamayıb.
Ağalarov hələlik məsələ ilə bağlı heç bir konkterlik olmadığını da diqqətə çatdırıb:
"Dağıstan inanılmaz bir məkandır. Tez-tez gedirəm. Dağıstandakı sahil xətti mənim Azərbaycanda inkişaf etdirdiyim sahil xəttinə bənzəyir. Əslində, bizi yalnız sərhəd ayırır - eyni iqlim, eyni qum, eyni Xəzər dənizi. Xəzər dənizində kurort daşınmaz əmlakının inkişafında artıq geniş təcrübəm olduğuna görə, hər görüşdə klasterə qoşulmalı olduğumuzu qeyd edirəm. Amma hələlik heç bir konkretlik yoxdur”.
O sözlərinə görə, irimiqyaslı otel tikintisi layihələri üçün dövlət dəstəyi vacibdir:
"Mən Azərbaycanda su, kanalizasiya və elektrik enerjisi çatışmazlığı olan uzun bir yol keçmişəm. Belə irimiqyaslı layihələr hökumətin kommunal xidmətlər göstərməyə hazır olmasını tələb edir".
Rüfət Sultan, BakuPost