Ru
17:30 / 22 Sentyabr 2026

Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO

Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi  - FOTO
Eye

Biznesmen və müğənni Emin Ağalarovun həyat yoldaşı, rusiyalı model Alyona Qavrilova milyonlarla rubl dəyərində geyim və aksessuarlarla ictimaiyyət qarşısına çıxıb.

"Bakupost" xəbər verir ki, bu barədə “Zvezdaç” "Telegram" kanalı məlumat yayıb.

39 yaşlı model çəhrayı rəngli, 115,5 min rubl dəyərində korset libasında görüntülənib. Onun obrazını İtaliyanın “Bvlgari” brendinin saatı, boyunbağısı və sırğaları tamamlayıb.

Məlumata görə, modelin qolundakı saatın qiyməti 7 milyon rubl, boyunbağının qiyməti 10 milyon rubl, sırğaların qiyməti isə 5,7 milyon rubl təşkil edib.

Beləliklə, Qavrilovanın üzərindəki sözügedən geyim və aksessuarların ümumi dəyəri təxminən 23 milyon rubl (466 min manat) olub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar