Fransa Prezidenti Emmaneul Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti X sosial şəbəkəsində məlumat paylaşıb.
"Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon söhbəti zamanı biz Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz həmçinin regional və qlobal hadisələri müzakirə etdik", - Prezident qeyd edib.