Dünyada adambaşına ən çox ət istehlakına malik ölkələr açıqlanıb.
Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, ət istehlak edən ölkələri 5 qrupa bölmək olar: ən az, az, orta, çox və ən çox.
Ən az ət istehlak edən ölkələr - adambaşına 3,7 kiloqramdan 21 kiloqramadək ət yeyilən ölkələrdir. Bura Brundi, Banqladeş, Hindistan, Suriya, Əfqanıstan, Nigeriya, Niger, Yəmən, Somali və digər ölkələr daxildir.
Azərbaycan illik adambaşına ət yeyən ölkələr sırasında ikinci qrupda yer alıb. Belə ki, Azərbaycanda illik 40,5 kq adambaşına ət istehlak edilir. Pakistan, İran, Qırğızıstan, Misir, Gürcüstan, Özbəkistan, Ermənistan, Türkiyə, Ukrayna az ət yeyilən ölkələr sırasındadır.
Müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı, Türkmənistan, BƏƏ, Küveyt, Bəhreyn, Qazaxıstan kimi ölkələr orta səviyyəli ət yeyilən ölkələrdir. Bu ölkələrdə illik adambaşına 58-84 kq ət istehlakı düşür.
Yaponiya, Almaniya, Çin, Finlaniya, Fransa, Rusiya, Britaniya və digər Avropa dövlətləri də orta səviyyəli ət istehlak edilən ölkələrdir. Bu ölkələrdə adambaşına ət istehlakı 60-100 kq arasında dəyişir.
Dünyanın ən çox ət istehlak edilən ölkələrini, yəni illik adambaşına 100 kq-dan çox olan ölkələrin siyahısını təqdim edirik:
1. Tonga krallığı - 148 kq
2. Monqolustan - 132 kq
3. Saint Vemcent və Grenadinler - 124 kq
4. Honq Konq -123 kq
5. ABŞ - 123 kq
6. Marşal adaları - 118 kq
7. Argentina - 113 kq
8. İsrail - 113 kq
9. Makao - 113 kq
10. Avstraliya - 112 kq
11. Baham adaları - 108 kq
Monqolustan əfsanəvi Çingiz xan vətəni kimi ölkəmizə tanış gəlir. Rəsmən 1918ci ildən mövcud Azərbaycanımızın dünyəvi ilk Xalq Cümuhürriyyəti (M.Ə.Sabiri yarıya qədər də oxumamışlar bu məğzi-məfhum dəyər fərqlərini çətin anlar?) Demokratik recpublik inqlabı qığıcım, neft enerjisi, təkrar qərinə də qida-can enerjisinə çevirməyə çalışsa da, hələlik ən böyük Hindistan, az qala strateji ortağına çevrildiyi güclü ABŞdan geri qalması hələlik sağlamlığımızı yetəri Siyasi-İqtisadi zəmanət iqtidarında görünmür?