Ru
14:30 / 12 Oktyabr 2026

Ən çox siqaret çəkən ölkələr: Azərbaycan neçənci yerdədir?

Ən çox siqaret çəkən ölkələr:  Azərbaycan neçənci yerdədir?
Eye

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2025-ci il üzrə modelləşdirilmiş məlumatlarına əsasən, dünyada yetkin əhali arasında (15 yaş və yuxarı) tütün məmulatlarından istifadə edənlərin (siqaret çəkənlərin) faizinə görə ilk onluqda aşağıdakı ölkələr yer alıb.
"Bakupost" xəbər verir ki, ən çox siqaret çəkənlərin olduğu ölkə Naurudur – 46.7 faiz.

Reytinqdə ikinci yeri isə 42,3 faizlə Myanma tutur.

Serbiya ilk üçlükdə yer alıb. Bu ölkə əhalisinin 39 faizi siqaret aludəçisidir.

Sonrakı yerləri isə Bolqarıstan– 38.8 faiz, İndoneziya– 38.7 faiz, Papua Yeni Qvineya-38,1 faiz, Xorvatiya – 37.6 faiz, Şərqi Timor –37.2 faiz Kiribati – 36.8 faiz və 36,4 faizlə Andora tutur.

Azərbaycana gəldikdə, ölkə əhalisinin 20,7 faizi siqaret çəkir.

Bu göstərici ilə Azərbaycan ÜST məlumatlarına əsasən, siyahıda 86-cı yerdə qərarlaşır. Statistkaya görə, Azərbaycanda tütün istifadəçilərinin təxminən 96.1 faizi hər gün müntəzəm olaraq siqaret çəkir.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar