"Əpl" şirkəti 2025-ci ilin dördüncü rübü üzrə maliyyə gəlirlərini açıqlayıb.
Bakupost.az xəbər verir ki, hesabat istehsalçının rəsmi saytında dərc olunub.
 
Şirkətin ümumi gəliri ötən ilki 94,9 milyard dollardan 8% çox - 102,5 milyard dollar olub. Əməliyyat mənfəəti 29,59 milyard dollardan 32,43 milyard dollara yüksəlib, xalis mənfəət isə təxminən iki dəfə artaraq 14,74 milyard dollardan 27,47 milyard dollara qalxıb.
Artım əsasən Şimali və Cənubi Amerika və Avropa bazarları hesabına baş verib, Çində isə satışlar bir qədər azalıb.
Demək olar ki, bütün məhsul kateqoriyaları müsbət artım qeydə alınıb.
"iPhone" əvvəlki illə (46,2 milyard dollar) müqayisədə daha çox - 49 milyard dollar qazanıb. Kompüterlərin satışı şirkətə 8,7 milyard dollar qazandırıb. "iPad" satışları isə ötən ilki həddə - 6,95 milyard dollar səviyyəsində qalıb.