Ru
12:36 / 11 Fevral 2026

Epşteyn sənədlərində senzura edilmiş 6 ad

Epşteyn sənədlərində senzura edilmiş 6 ad
Eye

ABŞ-da Nümayəndələr Palatasının üzvü Ro Xanna sənədlərdə adı keçən 6 şəxsi açıqlayaraq ictimaiyyətə təqdim olunan materialların 70–80 faizinin senzura olunduğunu bildirib.

Xanna sənədləri araşdırdıqdan sonra Nümayəndələr Palatasının kürsüsündən etdiyi çıxışı “X” sosial media platformasındakı hesabında paylaşıb.

O, Nümayəndələr Palatasının digər üzvü Tomas Massi ilə birgə dünən ABŞ Ədliyyə Nazirliyinə getdiklərini və sənədləri araşdırdıqlarını bildirərək, “Təxminən iki saat orada qaldıq və sənədlərin 70–80 faizinin senzuralı olduğunu öyrəndik”, – deyə qeyd edib.

Xanna vurğulayıb ki, sənədlərdə adı keçən 6 “zəngin və nüfuzlu” şəxs Ədliyyə Nazirliyi tərəfindən “heç bir əsas göstərilmədən” gizlədilib. Onun sözlərinə görə, söhbət Lesli Veksner, Sultan Əhməd bin Süleym, Salvatore Nuara, Zurab Mikeladze, Leonik Leonov və Nikola Kaputodan gedir.

Xanna qeyd edib ki, cəmi iki saatlıq araşdırma zamanı 6 adı müəyyən edə biliblərsə, 3 milyon sənəd senzurasız şəkildə incələnsə, daha çox adamın ortaya çıxacağı şübhəsizdir.

O, Federal Təhqiqat Bürosunun (FTB) Ədliyyə Nazirliyinə senzuralı sənədlər göndərdiyini bildirərək, “Hamısı senzuralıdır. Bu bir qədər məcburidir. Bütün Konqres üzvlərini Ədliyyə Nazirliyinin senzurasız sənədlərinə baxmağa dəvət edirlər, amma FTB-dən gələn bütün materiallar senzuralı vəziyyətdədir”, – deyib.

Nümayəndələr Palatasının üzvü Tomas Massi isə “X” hesabında paylaşım edərək Epşteyn sənədlərində adının çəkilməsinin avtomatik olaraq günahkarlıq demək olmadığını, lakin Lesli Veksnerin 2019-cu ilə aid bir FTB sənədində Epşteynlə birlikdə “uşaq cinsi istismarı cinayətində” ortaq kimi göstərildiyini bildirib.

ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş da “X” hesabında yaydığı açıqlamada Ədliyyə Nazirliyinin qurban olmayan bütün adları senzurasız hala gətirdiyini, məsələn, Veksnerin adının Epşteyn sənədlərində artıq dəfələrlə keçdiyini və nazirliyin şəffaflığa sadiq olduğunu vurğulayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar