"Epşteyn Trampla yaxınlığı ilə fəxr edirdi".
Bakupost.az xəbər verir ki, bunu maliyyəçi Cefri Epşteynin zorakılıq qurbanlarından biri olan Çaunte Deyvis bildirib.
"O, Donald Trampla dostluğunu tez-tez vurğulayırdı və masasında onların 8x10 düymlük fotosunu saxlayırdı", - Deyvis deyib.
Deyvis əlavə edib ki, o, Epşteynin ətrafındakı çoxlu gənc qadınlardan yalnız biri olub. O həmçinin qeyd edib ki, Epşteyn onu ABŞ-ın sabiq prezidenti Bill Klinton və digər tanınmış siyasi, ictimai şəxslərlə Afrikaya səfərə aparıb.