Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bakupost.az APA-ya istiadən xəbər verir ki, 1993-cü il təvəllüdlü A.Musayeva başından bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Yarası dərhal tikilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 32 yaşlı qadına həyat yoldaşı başından bıçaqla xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.