ABŞ son 3 ildə İsrailin raketdən müdafiə sisteminə vergi ödəyicilərinin 11 milyard dollar pul xərcləyib.
"Bakupost" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, "X" sosial media platformasında yazıb: "ABŞ ordusu İsraili müdafiə etmək üçün İsrail qüvvələrinin özündən daha çox raket tutucusu atıb".
Əraqçi iki ölkə arasındakı münasibətləri simvolik ittifaq kimi deyil, "parazit" kimi təsvir edib.