Ru
22:04 / 27 Aprel 2026

Əraqçı ilə görüşdə bu rəsmilər də iştirak etdi: Nələr danışıldı?

Əraqçı ilə görüşdə bu rəsmilər də iştirak etdi: Nələr danışıldı?
Eye

İran XİN başçısı Abbas Əraqçının bazar ertəsi Rusiya rəsmiləri ilə görüşündə xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İqor Kostyukov da iştirak edib.


Bakupost.az xəbər verir ki, bu barədə "Təsnim" məlumat yayıb.

İran xarici işlər naziri Abbas Əraqçı Moskvanın mövqeyinin "çox sadə" olduğunu, İranda bütün növ münaqişələrin dayandırılmalı və hər iki tərəf üçün məqbul olan razılığa gəlmə prosesinin başlamalı olduğunu söyləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinin İran xarici işlər naziri Abbas Əraqçı ilə görüşünün səmərəli keçdiyini bildirib.

O həmçinin bildirib ki, İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar