İran xarici işlər naziri Abbas Əraqçı Ermənistan Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Bakupost.az xəbər verir ki, İran XİN rəhbəri Abbas Əraqçı "X" hesabında yazıb.
"Ermənistanda parlament seçkilərinin uğurla keçirilməsi, Baş nazir Paşinyanın və onun rəhbərlik etdiyi partiyanın qələbəsi münasibətilə təbrik edirəm.
İran və Ermənistan arasında münasibətlərin dinamik inkişafının gücləndirilməsi naminə konstruktiv əməkdaşlığın davam etdirilməsi üçün müsbət imkanın yaranmasından şadıq", - deyə o bildirib.