Tehranda İran və Ermənistan xarici işlər nazirləri Abbas Əraqçı və Ararat Mirzoyan arasında görüş keçirilib.
"Bakupost" “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi və iki ölkə arasında yük daşınmasının sadələşdirilməsi məsələlərini müzakirə ediblər.
Xarici işlər nazirləri həmçinin Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, tərəflər regiondakı vəziyyətli müzakirə ediblər.