Ru
10:21 / 15 İyun 2026

Ərdoğan ABŞ-İran razılaşmasından yazdı

Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasında əldə olunan razılaşmanı regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi baxımından mühüm addım kimi qiymətləndirib.

Bakupost.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

Ərdoğan bildirib ki, tərəflər arasında əldə edilən anlaşma Yaxın Şərqdə sülh və əmin-amanlığın təmin olunmasına xidmət edə biləcək vacib inkişafdır.

Prezident vurğulayıb ki, dünya ictimaiyyətinin uzun müddətdir gözlədiyi bu nəticənin bölgədə davamlı sülhün və təhlükəsizliyin formalaşmasına töhfə verəcəyinə ümid edir. O, sazişin rəsmiləşdirilməsinə qədər olan müddətdə gərginliyi artıracaq bəyanatlardan və təxribat xarakterli addımlardan uzaq durmağın vacibliyini qeyd edib.

Ərdoğan əldə olunan nəticədə rol oynayan bütün tərəflərə təşəkkürünü ifadə edib. Xüsusilə Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirən Türkiyə lideri, Qətər və Səudiyyə Ərəbistanının diplomatik prosesə verdiyi dəstəyi də təqdir edib.

Dövlət başçısı əlavə edib ki, Türkiyə bundan sonra da regionda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək, diplomatiya və beynəlxalq hüquqa əsaslanan həll yollarına töhfə verməyi davam etdirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar