Biz son dərəcə xaos baş verən bir dövrün ortasındayıq. Türkiyə bu dövrün ruhunu çox erkən anlayan ölkələrdən biridir.
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyənin dənizçilik tarixində yeni bir mərhələnin şahidi oluruq:
“Müdafiə sektorumuza etibar etdik, ağlasığmaz səviyyələrə çatdıq. Ötən ay 996 milyon dollar dəyərində müdafiə və aerokosmik məhsullar ixrac edərək tarixi bir uğura imza atdıq. Türkiyə eyni vaxtda ən çox hərbi gəmi istehsal edə bilən ölkələrdən biridir. Dost ölkələrə ixrac üçün 15-dən çox hərbi gəmi istehsal edirik. Layihələrimizin dəyəri 25 milyard avrodur. Gəmilərimizi ən azı 80 faiz yerli komponentlərdən istehsal edirik.
Bu gün təhvil verdiyimiz gəmilərdə istifadə edilən döyüş idarəetmə və axtarış-xilasetmə sistemləri tamamilə yerli şirkətlərimizə məxsusdur. Rumıniya ilə imzaladığımız satış müqaviləsi ilə Türkiyə tarixində ilk dəfə olaraq NATO və Avropa Birliyi ölkəsinə hərbi gəmi ixrac edir. Həmçinin bu gün qəhrəman dəniz qüvvələrimizə güc qatacaq "Qoç Hisar" gəmisini istismara veririk”.