Ru
20:14 / 03 Oktyabr 2025

Ərdoğan Naxçıvan sazişinin ildönümü ilə bağlı paylaşım etdi

Ərdoğan Naxçıvan sazişinin ildönümü ilə bağlı paylaşım etdi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə bağlı Naxçıvan anlaşmasının 16-cı ildönümü, Türk Dövlətləri Əməkdaşlığı Günü münasibətilə təbrik mesajı ünvanlayıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə özünün X hesabında paylaşım edib.

“Dildə, fikirdə, işdə birlik şüarımızın ən önəmli simvollarından biri olan Türk Dövlətləri Təşkilatımızın qurulmasını təmin edən Naxçıvan Anlaşmasının 16-cı ildönümü ilə ortaq anma günümüz Türk Dövlətləri Əməkdaşlığı Gününü təbrik edirəm.

Qədim tarixi təcrübəmizlə yüksələn bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsini və ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişafına töhfə verməsini arzu edirəm. Ortaq gələcəyimiz parlaq, əməkdaşlığımız daimi olsun”, - Ərdoğan qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar