Ru
15:48 / 11 İyun 2026

Ərdoğan Paşinyanı belə təbrik etdi

Ərdoğan Paşinyanı belə təbrik etdi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.


Bakupost.az xəbər verir ki, məktubda Ərdoğan iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsini yüksək qiymətləndirib və yeni hökumətin formalaşdırılması prosesində ona uğurlar arzulayıb.


Türkiyə lideri həmçinin Paşinyanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş siyasətinə dəstəyini ifadə edib. Ərdoğan məktubunda Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olacağına və qarşılıqlı əməkdaşlığın genişlənəcəyinə inandığını vurğulayıb.


O qeyd edib ki, regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan bu strateji baxışın uğurla reallaşacağına əmindir.


BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar