Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə keçiriləcək prezident seçkisində sonuncu dəfə namizədliyini irəli sürəcəyi açıqlanıb.
"Bakupost" Milli.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin baş müşaviri Mehmet Uçum jurnalistlərlə söhbətində danışıb.
Mehmet Uçumun sözlərinə görə, Türkiyədə növbəti prezident seçkisinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi artıq böyük ölçüdə dəqiqləşib. O, səsvermənin aprelin 16-da baş tutacağını gözlədiyini bildirib.
Baş müşavir bu tarixin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Belə ki, 2017-ci il aprelin 16-da Türkiyədə prezident idarəetmə sisteminə keçidlə bağlı referendum keçirilib.
Mehmet Uçum Rəcəb Tayyib Ərdoğanın həmin seçkidə sonuncu dəfə prezidentliyə namizəd olacağını qeyd edib.