Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı 500 min lirə (təxminən 12 min ABŞ dolları) məbləğində təzminat iddiası qaldırıb.
Bakupost.az xəbər verir ki, bu barədə prezidentin vəkili Hüseyn Aydın məlumat verib.
Onun sözlərinə görə, 2025-ci il noyabrın 5-də İstanbulun Ümraniyə rayonunda keçirilən mitinqdə prezidentə qarşı uyğunsuz ifadələr və əsassız ittihamlar səsləndirdiyinə görə, Ankara Mülki Məhkəməsinə mənəvi zərərin ödənilməsi tələbi ilə iddia ərizəsi təqdim olunub.
Vəkil əlavə edib ki, bununla yanaşı, Ankara Baş Prokurorluğuna da prezidentin təhqir edilməsi faktı üzrə cinayət işi açılması tələbi ilə ayrıca ərizə göndərilib.