Türkiyə hakimiyyəti Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirir və bu məsələdə Rusiya və Ukrayna ilə fəal əməkdaşlıq edir.
"Bakupost" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu “Nyusvik”ə müsahibəsində deyib.
“Bu gün Qara dənizdə təhlükəsizliyə xüsusi əhəmiyyət veririk. Hərbi əməliyyatların mülki gəmiçiliyə, ticarət yollarına və ya enerji infrastrukturuna təsir etməməsini təmin etmək üçün tərəflərlə əlaqələrimizi davam etdiririk”, - o bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə siyasi iradə yarandığı təqdirdə Ukraynadakı münaqişə tərəflərinin danışıqlar masasına qayıtmasına öz töhfəsini verməyə hazırdır.