Nyu Yorkdakı Türk Evində ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
"Bakupost" “Globalinfo.az”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi görüşdə rəsmi müzakirələrlə yanaşı, əyləncəli anlar da yaşanıb.
Qlobal içki şirkətləri “Coca-Cola” və “PepsiCo”nun nümayəndələri çıxış edən zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onlara zarafatla “Hansınızın bazar payı daha çoxdur?” sualını ünvanlayıb.
Ərdoğanın bu sualı toplantı iştirakçıları arasında gülüşə səbəb olub.