Ru
13:20 / 08 Sentyabr 2026

Erməni deputatdan Kərki ilə bağlı açıqlama: “Paşinyan bu kəndi...”

Erməni deputatdan Kərki ilə bağlı açıqlama:  “Paşinyan bu kəndi...”
Eye

“Armeniya” blokunun deputatı Aqnesa Xamoyan yaxın aylarda və il ərzində Ermənistanda və onun ətrafında ciddi siyasi proseslərin gözlənildiyini bildirib. Sentyabrın 8-də keçirilən mətbuat konfransında o, daxili və xarici siyasətlə bağlı sərt açıqlamalar verib.

"Bakupost" Konkret.az-a istinadla xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsinin Aİ ilə vizasız rejimin 2029-cu ilə qədər ehtimalının az olması ilə bağlı bəyanatını şərh edən Xamoyan, hökumətin bu tarixlə bağlı vədlərini “yalan” adlandırıb. O, Ermənistanın yaxın 10-20 ildə Aİ üzvü olmayacağını vurğulayıb.

Deputat hesab edir ki, yeni Konstitusiyanın qəbulu və Nikol Paşinyanın seçkilərdən sonra Kərki toponimini azərbaycanlılara məxsus ad kimi qəbul etməsi fonunda yaxın 2-3 ay ərzində ciddi dəyişikliklər baş verəcək.

Xamoyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində və Aİİ daxilində vəziyyət uzun müddət belə davam edə bilməz. O qeyd edib ki, Paşinyan KTMT-də olduğu kimi, Aİİ məsələsində də vaxt uzatmağa və qeyri-müəyyənlik yaratmağa çalışır.

Hakimiyyətin siyasətinə qarşı çıxacağını bəyan edən deputat, ikinci prezident Robert Köçəryanın həbsdə olmasına baxmayaraq müqavimətə rəhbərlik edəcəyini vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar