Ru
10:21 / 14 May 2026

Erməni din adamı açıqladı: Seçkidə o qalib gələcək

Erməni din adamı açıqladı:  Seçkidə o qalib gələcək
Eye

“Samvel Karapetyan dil bilmir, II Qaregin isə düşünməyi bacarmır, onların birləşməsi biabırçılıqdır”.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni din adamı Ter-Armen Melkonyan deyib.

“Dilsiz Samvel Karapetyan və beyinsiz Qaregin nə üçün bir araya gəlib? Biri danışmağı, digəri düşünməyi bilmir. Biabırçılıqdır. Sadəcə dövlətçiliyə qarşı olduqlarını göstərmək istəyirlər. Əgər kimsə erməni dilində danışa bilmirsə, necə baş nazir ola bilər? Kilsə nəzarətdən çıxıb. Robert Köçəryan da erməni dilində danışa bilmir”.

Melkonyan Rusiyadakı erməni din adamlarının iyunun 7-də keçiriləcək parlament seçkilərində rusiyapərəst qüvvələrə səs vermək üçün Ermənistana gələcəklərini qeyd edib:

“İyunun 7-də Rusiyada bütün erməni kilsələrində ibadət olmayacaq, çünki bütün ruhanilər seçkilərdə iştirak etmək üçün Ermənistana gəlirlər.

Hara gəlib çıxdığımızı başa düşürsünüzmü? II Qaregin şəxsən Nikol Paşinyana qarşıdır. Çünki Serj Sərkisyan və digərləri ona elə səlahiyyətlər vermişdilər ki, indiki hakimiyyət dövründə hətta xəyal edə bilmir. O vaxt ordu ilə gəzirdi, hər şeyi öz maraqlarına xidmət etdirməyə öyrəşib, hazırkı hakimiyyətə qarşı qisas hissi var. Amma o, katolikos kimi sıfırlanıb, günləri sayılıdır. Şübhəm yoxdur ki, kilsə II Qaregindən qurtulacaq”.

Ter-Armen Melkonyan həmçinin əmindir ki, Nikol Paşinyan və komandası seçkilərdə qalib gələcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar